Müştərilər / Powerful Azerbaijan

 

         POWERFUL GROUP – çox fəaliyyətli sənaye və ticarət şirkətidir. Şirkətin baş qərargahı Koreyanın Seul şəhərində yerləşir. POWERFUL GROUP məişət elektronikası da daxil olmaqla, LED işıqlandırma sistemləri, ərzaq və içki, inşaat və tikinti, ağır sənaye avadanlıqları istehsal edir.

         Şirkət dünyanın bir çox dövlətlərində filialları və ofisləri vasitəsilə istehsal etdiyi avadanlıqların satışını təşkil edir. Müştərilərinin maraqlarını üstün tutaraq daim yeniliklər yaradan POWERFUL GROUP şirkəti bol çeşidli, istənilən zövqə uyğun, yuksək keyfiyyətli, Powerful adlı məişət texnikası məhsullarını 3 illik tam zəmanətlə öz alıcılarına təqdim edir.

         Müasir tələblərə cavab verən, gözəl görünüşü ilə göz oxşayan, texnologiyanın ən son nailiyyətlərindən istifadə edən Powerful şirkətinin istehsal etdiyi məhsullar çox funksional, enerjiyə qənaətcil, istifadəyə rahat, özündə bir neçə özəl xüsusiyyətləri cəmləşdirən və ən əsası keyfiyyəti ilə alıcıların məmnuniyyətini təmin edir. Powerful istehsalı olan məişət və elektronika məhsullarının hər biri özünəməxsusluğu ilə fərqlənir və bazardakı rəqiblərindən bir çox üstün cəhətlərinə görə seçilir. Bunun nəticəsidir ki, 2013-cü ildə Powerful markası Azərbaycanda  “İlin Brendi” nominasiyasında “İlin Şirkəti” Milli mükafatına layiq görülüb.

         2013-cü ilin mart ayından etibarən “POWERFUL” şirkətinin Azərbaycanda yeganə və rəsmi distribütoru “Bermud City” MMC şirkətidir.  Məqsədimiz bütün dünyada insanların həyatını yaxşılaşdırmaq və bizi əhatə edən mühitə müsbət dəyişikliklər gətirməkdir. Powerful şirkəti alıcıların etibarını qazanmağı və hətta ən tələbkar müştərilərin zövqünü məmnun etməyin həlli yollarını axtarmağa həmişə şaddır.

Müştərilər
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI
Powerful Korea
Powerful Azerbaijan
AGBank
P-OIL
International Asia Fund
AZQAR
AZKOR Construction
BM Telecommunikation
KOKO Design
Asia Plus
SKY Park Devolepment
Sumqayıt Agac Emalı ASC
Netframe MMC
Texnik Servis 2016 MMC
Caspian Galaxy MMC
Deltatrans Group
MCB Lizinq QSC
NN GROUP
Ana Səhifə Barəmizdə Xidmətlər Məhsullar Bizə yazın
Partnyorlar Müştərilər Məşğulluq Bağlantı Bizimlə əlaqə